Sağlam olmaq indi çox sadədir!
Sağlam olmaq indi çox sadədir!
“Azərbaycan Toksikoloqlar Cəmiyyəti” (AZTOKS) 21 noyabr 2006-cı ildə rəsmi dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət “Əhalinin sağlamlığının qorunması haqqında” fəaliyyət göstərir.
“Tibb və əczaçılıq işçilərinin müvafiq qanunvericiliyə uyğun olaraq peşəkar birliklər yaratmaq hüququ vardır.
Klinik toksikologiya sahəsində yerli elmi tədqiqatların təşviqi və inkişafı və kəskin zəhərlənmələrin qarşısının alınması və müalicəsi sahəsində müasir elmi nailiyyətlərin praktik sağlamlığa gətirilməsi də dərnəyin əsas fəaliyyət istiqamətlərindəndir.
01.
səhifəni nəzərdən keçirin
02.
Xidməti seçin
03.
Mesaj Göndər
SUAL-CAVAB
İlk növbədə bilmək lazımdır ki, qida zəhərlənməsi üçün bəzi hallarda inkubasiya dövrü bir neçə saat olur. Yəni səhər bir süd məhsulu yeməklə özünüzdə prodromal dövr hiss edəcəksiniz. Prodromal dövr dedikdə ümumi zəiflik, halsızlıq, ürək bulanması, qusma, ishal və bədən hərarətinin qalxması nəzərdə tutulur.
Birinci növbədə iqlim şəraitinə görə. Biz bilirik ki, hava hərarəti çox olduqda müəyyən patogen mikrobların da inkişafının çoxalma sürəti artır. Buna görə də yay aylarında qida zəhərlənmələrinin sayı çoxalır. Eyni zamanda bilirik ki, yayda bəzi mövsüm xarakterli məhsullar, məsələn: meyvə, tərəvəz çox yeyilir. Bu da müəyyən səbəblərə görə zəhərlənmələrin sayını artırır.
Ən çox yayılan və ölümlə nəticələnən dəm qazından zəhərlənmələrdir. Bunun fəsadı ağır olur. İnsan faktiki olaraq hərəkətsiz olur, bu vəziyyətdə reabilitasiya uzun və çətindir.
Bəzən insanlar siçovul dərmanından da zəhərlənirlər. Bu indi rodentisidlərə aiddir. Rodentisidlər anbarları, zirzəmiləri, taxıl emalı zavodlarını və müəyyən bitkiləri siçovullardan, siçanlardan və digər gəmiricilərdən qorumaq üçün istifadə olunur.
Ölkəmizdə daha çox gürzə ailəsinə aid olan ilanlara rast gəlinir. Onlar arasında da ən zəhərlisi Şahmar ilan adlanan gürzədir.Gürzənin zəhəri o qədər güclüdür ki, digər ilanların zəhərinə qarşı zərdab bu halda kömək etmir. Azərbaycanda dağ və dağətəyi rayonlardan başqa demək olar, hər rayonda gürzələr var. Onların aktivlik dövrü mart ayının sonundan noyabrın ortalarına qədər davam edir. İlan yumurtadan çıxan andan artıq zəhərlidir. İlan zəhəri bir neçə komponentlərə bölünür. İlk növbədə qanın laxtalanması faktoruna təsir edən maddələr – yerli ödem, nekrotik təsirə malikdir. Ona görə də ilan sancmasından artıq bir neçə dəqiqə sonra insan bədənində zəhərlənmə başlayır.
Xəstəyə düzgün olmayan tədbirlər görmək olmaz. Yəni, ilk növbədə ilan sancan ətrafa heç bir sıxıcı jqut qoymaq olmaz. Çox təəssüf ki, insanlar arasında bununla bağlı çox yanlış fikir formalaşıb, hər kəs elə düşünür ki, ilan sancanda mütləq jqut qoyulmalıdır. Bizim apardığımız elmi tədqiqatların nəticəsi göstərir ki, ilan sancmaları zamanı jqut qoyulan hallarda ağırlaşmalar, hətta ölüm hallarının sayı daha çox olur.
Nəinki ağızla, hətta xüsusi ekstraktla o zəhəri sormağa çalışsaq, bu zaman zəhərin yalnız 13 faizini sorub bədəndən çıxarmaq mümkün olar. Adətən ilanlar steril olmayan yerlərdə - çöllərdə, zibilliklərdə olurlar. Ona görə də sancma zamanı siz həmin ətrafı kəsməklə əksinə yaraya infeksiya da sala bilərsiniz. Belə hallarda həmçinin yaranı sıxmaq, yandırmaq kimi tədbirlər də qəti qadağandır.
Əqrəb sancmaları da Azərbaycanda kifayət qədər yayılmış haldır. Xoşbəxtlikdə, ölkəmizdə olan bu heyvan – qara əqrəb deyil, sarıdır. Afrikada olan qara əqrəblər həyat üçün təhlükəlidir. Azərbaycandakı sarı əqrəblərin zəhəri isə qat-qat zəifdir, azdır. İndiyə kimi Azərbaycanda əqrəb sancmasından ölüm hadisəsi baş verməyib. Belə hallarda heç zərdaba da ehtiyac olmur, eləcə lokal anesteziya ilə zəhərlənməyə qarşı müalicə aparılır.
“Azərbaycan Toksikoloqlar Cəmiyyəti” (AZTOKS)
21 noyabr 2006-cı ildə rəsmi dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət “Əhalinin sağlamlığının qorunması haqqında” fəaliyyət göstərir.
Copyright © 2006-2023
Azəri Toksikoloqlarının Dərnəyi. Bütün hüquqlar qorunur.
Sayt xəritəsi
Ana səhifə
Haqqımızda
İdarə Heyyəti
Xidmətlər
Sual-cavab
Qalereya
Əlaqə
Bizimlə əlaqə
Sosial Media